Modern.az

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Təhsil

22 İyul 2017, 14:50

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssiələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

 

Dövlət İmtahan Mərkəzinindən Modern.az-a verilən məlumata görə,  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının  imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.

 

“Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaqdır”,-deyə Dövlət İmtahan Mərkəzinindən bildirilib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir