Modern.az

Samux sakini Kürdə boğulub

Samux sakini Kürdə boğulub

Aktual

13 Avqust 2017, 20:01

Samux sakini Kürdə boğulub. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok