Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən dörd komandadan ibarət turnirdə 3-cü yer uğrunda mübarizədə Çexiya yığmasını 2:0 hesabı ilə məğlub edib.
Modern.az xəbər verir ki, oyunda ilk qolu 25-ci dəqiqdə Vaqif Cavadov vurub. 89-cu dəqiqədə millimizin müdafiəçisi Ruslan Abışov rəqibləri yenidən mərkəzə dəvət edib.