Modern.az

Qusar və Xaçmazda ümumrespublika kampaniyası olub

Qusar və Xaçmazda ümumrespublika kampaniyası olub

14 İyul 2011, 13:04

 “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası 14-18 yaşlı gənclər arası bütün respublika üzrə  rayon və şəhərlərdə öz seçim turlarını davam etdirir. Bu dəfə Gənclər Təşkilatları Milli Şurasının işçi qrupu Qusar və Xaçmaz rayonlarında seçim turlarını həyata keçirib. Qusar şəhəri 6 saylı məktəbdə baş tutan kampaniyanı Milli Şuranın mətbuat katibi Orxan Əlinin rəhbərlik etdiyi işçi qrupu həyata keçirib. Tədbirin açılış mərasimində kampaniya haqqında məlumat verən Orxan Əli bildirib ki, hər bir rayondan 2 nəfər təmsilçi seçiləcək. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək.  

“Kampaniyanın  əsas  məqsədlərindən birinin də bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılmasıdır. Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.”- O. Əli belə deyib.

Yarışmada iştirak edən qusarlı gənclərdən ikisi respublika turuna vəsiqə qazanıb.

İşçi qrupu daha sonra Xaçmaz rayonunda seçim turunu həyata keçirib. Burada da gənclər kampaniyada həvəslə iştirak ediblər.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir