Modern.az

2026-cı il Dünya Çempionatının EV SAHİBLƏRİ

2026-cı il Dünya Çempionatının EV SAHİBLƏRİ

Dünya

13 İyun 2018, 15:26

2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatına Şimali Amerika dövlətləri ev sahibliyi edəcək.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu dəfə ev sahibləri ABŞ, Meksika və Kanada olacaq.

 

Beynəlxalq Futbol Federasiyasının (FİFA) 68-ci konqresində bu barədə qərar qəbul edilib.

Həmçinin 2026-cı ildə keçiriləcək çempionat 48 ölkənin iştirakı ilə dünya tarixində ilk olacaq.

 

Mundialya ev sahibliyi üçün başlanğıcda 6 ərizə verilib. Lakin konqresin qərarı ilə iki ərizə: Mərakeş və ABŞ, Kanada və Meksikanın birgə verdiyi ərizələr qalıb. Sonda da ikinci tərəfə üstünlük  verilib.

Qeyd edək ki, hazırda Futbol üzrə Dünya Çempionatında başlanğıca 32 ölkə qatıla bilir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir