Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Tapdıq Məhərrəmli iyulun 18-də keçirilmiş I qrup üzrə qəbul imtahanlarında 700 bal toplayaraq ölkə birincisi olub.
Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğunun Modern.az-a bildirdiyinə görə, Tapdıq Məhərrəmli liseyin 19-cu 700 bal toplayan məzunudur.
Onun sözlərinə görə, Bakı Türk Liseyinin I ixtisas qrupundan imtahanda iştirak edən 43 məzundan 26 nəfəri (60%), IV ixtisas qrupundan isə imtahanda iştirak edən 40 məzunundan 31nəfəri (78%) 600-dən yuxarı bal toplayaraq, rekord nəticə göstəriblər.
Ümumilikdə imtahanda iştirak edən I və IV qrup 83 məzundan 57 nəfəri (69%) 600-dən yuxarı bal toplayıb. Onlardan 37 məzun 650-dən yuxarı bal toplayıb.