Modern.az

“Əvvəl Tramp Merkelə əl uzatmaq istəmirdi, indisə...” - Müdafiə naziri

“Əvvəl Tramp Merkelə əl uzatmaq istəmirdi, indisə...” - Müdafiə naziri

Dünya

27 İyul 2018, 16:07

ABŞ prezidenti Donald Tramp Almaniya Kansleri Anjela Merkelə əl uzatmaq istəməyib.

 

Modern.az Almaniyanın nüfuzlu nəşri "Spiegel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Ursula fon der Lyaen bildirib.

 

ABŞ prezidentinin Almaniya kanslerinə münasibəti haqda danışan nazir, indi münasibətlərin dəyişməsini qeyd edir.

“Əvvəlcə o, (Tramp – red) hətta Merkelə əl vermək istəmirdi. İndi isə Tramp ona hörmətlə yanaşır və diqqətlə qulaq asır” – Lyaen bildirib.

 

Nazirin Trampın əvvəlki münasibətinin qadınlar haqqında köhnə fikirləri ilə əlaqəli ola biləcəyindən ehtimal edir.

Qeyd edək ki, son zamanlar ABŞ prezidenti Donald Trampın Rusiyaya olan münasibətinə görə Almaniya kansleri Angela Merkellə münasibətləri gərginləşib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir