2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 12844 cinayət faktı qeydə alınıb.
Modern.az saytı Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən xəbər verir ki, qeydə alınmış cinayətlərdən 13-ü adam oğurluğu ilə bağlıdır.
Rəsmi məlumata görə, həmin faktlardan 10-u evlənmək məqsədilə qadın oğurluğu (qızqaçırma) kimi sənədləşdirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu faktların statistikası aparılarkən Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsaslanıblar.