Yaponiyada restoranda partlayış oldu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sapporo şəhərində qeydə alınıb. Partlayış zamanı 41 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında xarici vətəndaşların olub-olmaması barədə məlumat yoxdur.
Hüquq-mühafizə orqanları partlayış baş verən əraziyə girişi məhdudlaşdıraraq araşdırma aparır.