Taylandın paytaxtı Banqkok şəhrəində keçirilən “Kainat gözəli” yarışması Filippindən olan 24 yaşlı qız Katriona Qreyin qələbəsilə yekunlaşıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 67-ci dəfə keçirilən bu gözəllik müsabiqəsinin qalibini finala çıxan qızlar arasındamn ABŞ, İndoneziya, Venesuela, Avstraliya və Braziliyadan olan münsiflər heyəti seçib.
“Kainat gözəli-2018” Katriona Qrey tanınmış televiziya aparıcısı, müğənni, teatr aktrisası və model kimi də tanınır. Onun atası Avstraliyadan, anası Filipindəndir.
Qalibin tacını 2017-ci ildə ABŞ-da keçirilən "Kainat gözəli" ümsabiqəsinin Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.
Dünyanın ən gözəl qızlarının final yarışmasında ikinci Venesuela nümayəndəsi Stefani Gutierrez qazanıb.
"Kainat gözəli" ən nüfuzlu gözəllik müsabiqələrindən biridir.