“Rəsmi Bakı “DQR”-in Qarabağ nizamlanmasına cəlb olunmasının vacibliyi barədə Ermənistan prezidenti Serj Sərkisyanın son bəyanatını ciddi qəbul etmir”. Modern.az-ın məlumatına görə, bu barədə Azərbyacan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib. Onun sözlərinə görə, Bakı hesab edir ki, Serj Sərkisyanın bəyanatı daxili tələbat üçün hesablanıb.
“Görünür, belə bəyanat verən və danışıqlar prosesini mahiyyəti və vəziyyətinə dair tam təsəvvürə malik olan bir adam bununla öz ictimaiyyətinin dəstəyini qazanmağa ümid edir”-deyə Elxan Poluxov bildirib. O, qeyd edib ki, Azərbaycan ərazilərnin 20 faizini zəbt edən erməni tərəfinin belə bəyanatı beynəlxalq norma və prinsiplərə ziddir. Bu norma və prinsiplər qüvvənin tətbiq edilməməsini və suveren dövlətlərini ərazilərinin işğal olunmamasını əvvəlcədən müəyyən edir.
Dağlıq Qarabağın nizamlama prosesində iştirakının danışıqları uğurlu edəcəyi barədə erməni liderin fikrinə gəlincə, E.Poluxov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gündəmdədir və fəal danışıqlar prosesi bunu sübüt edir.