Pakistanda bir neçə silahlı şəxs 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Belucistan vilayətinin Qvadar şəhərində baş verib. Yerli KİV-lər hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin öldüyünü bildirilir.
Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb: "Təhlükəsizlik xidmətlərimiz rayonu bloklaşdırıb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".
Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub.
"Pakistan Today" dərcinin daha öncə yaydığı məlumata görə, hoteldə 70-ə yaxın insan var, onlardan 40 nəfərin Çin vətəndaşı olduğu bildirilir.