Milli Məclisin (MM) heç bir partiyanın üzvü olmayan müstəqil deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyənləşəcək.
Modern.az xəbər verir ki, MM-in müstəqil deputatlarının yığıncağına sədrlik edən parlament sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Afət oğlu Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.
Məsələ parlamentin oktyabrın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, R.Qasımov MSK Katibliyinin müdiridir.