Modern.az

Bu marşrut xəttinə 20 yeni avtobus buraxılacaq

Bu marşrut xəttinə 20 yeni avtobus buraxılacaq

Aktual

29 Oktyabr 2019, 09:20

525 saylı marşrut xətti üzrə 20 yeni avtobus xəttə buraxılacaq.

 

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 569, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı qarşısında tələb qoyub:

 

“Buna  uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok