“Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən 9 fevralda keçiriləcək Milli Məclis seçkilərinə namizədliyimi vermək qərarına gəldim.
Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam. Bizim evimiz 10-cu mikrorayonda yerləşir”.
Modern.az-ın məlumatına görə, bu fikirləri tanınmış həkim Vasif İsmayıl bildirib.
O, 41-ci seçki dairəsini seçməsinin səbəbini ata evinin həmin ərazidə yerləşməsi, orada bağçaya, məktəbə getməsi, sumqayıtlıların onu yaxşı tanıması ilə izah edib.