Gürcüstan prezidenti Mixail Saakaşvilini maşın vurub. Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Gürcüstanda nəşr olunan “Aliya” qəzeti yayıb. Qəzetin məlumatına görə, hadisə dekabrın 26-da gecəyarı baş verib. Prezident yol keçmək istəyib, maşının sürücüsu əyləci basaraq dayanmaq istəsə da buna nail ola bilməyib. Qəzetin iddiasına görə, sürücünü prezidentin cangüdənləri aparıb. Qəzet məlumatı verən şəxsin hadisəni təsadüfən gördüyünü bildirib. İnsident nəticəsində prezidentin xəsarət alıb-almadığ barədə məlumat verilməyib. Prezidentin mətbuat katibi Manana Mancqaladze isə bu xəbəri qəti inkar edib. Onun sözlərinə görə, dekabrn 28-də prezident Saakaşvili Acarıstandaı yerli kəndlilərlə birlikdə telekameralar qarşısında mandarin yükləyib.