“Azərsu” ASC işə qəbulla bağlı yeni elan verib. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bina və qurğuların tikintisi, su və kanalizasiya xətlərinin çəkilməsi və təmir işləri ilə əlaqədar Hidromek, Komatsu, Nyu Holland və Belarus markalı təkərli ekskavatorlarda (0,3 və 1 kubmetr çalovlu) işləmək üçün müvafiq kateqoriyalı maşinistləri işə dəvət edir.
Maraqlananlar “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə (Bakı şəhəri, Mir Cəlal küçəsi 34, tel: (012) 430-81-73) müraciət edə bilərlər.