Modern.az

Həyat yoldaşının başını bıçaqla kəsdi - Şəmkirdəki qətlin təfərrüatları bəlli oldu 

Həyat yoldaşının başını bıçaqla kəsdi - Şəmkirdəki qətlin təfərrüatları bəlli oldu 

Hadisə

19 Aprel 2020, 12:56

Şəmkir şəhərində 29 yaşlı kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

 

Modern.az-ın məlumatına görə, hadisə Posanlı qəsəbəsində qeydə alınıb. 

 

Belə ki, 1993-cü il təvəllüdlü Nailə Allahyar qızı Məmmədova ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mübariz Bayram oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

 

Məlumata görə, qadının boğazı bıçaqla kəsilib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

 

Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa cəlb olunub.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir