Ermənistanda koronavirus fonunda yanacaq qiymətləri son aylarda xeyli ucuzlaşıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda ölkənin yanacaqdoldurma məntəqələrində 1 litr Aİ-92 benzinini qiyməti 270 dram (0,56 dollar) təşkil edir. Aİ-95 markalı benzinin qiyməti isə hazırda 330 dram (0,7 dollar) təşkil edir.
2020-ci ilin yanvar ayından ölkədə benzinin qiyməti 20%-dən çox ucuzlaşıb. Bu ucuzlaşma dünya bazarında neft qiymətlərinin aşağı düşməni ilə bağlıdır. Maraqlıdır ki, Ermənistan yanacağı Rusiyadan idxal etsə də, yanacaq qiymətləri ondan ucuzdur.