Modern.az

Qusarda hasar aşdı - 1 uşaq öldü, 2-si yaralandı

Qusarda hasar aşdı - 1 uşaq öldü, 2-si yaralandı

Aktual

31 May 2020, 11:57

Qusar rayonunda faciə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

 

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok