Modern.az

AzTV-nin əməkdaşı koronavirusdan öldü

AzTV-nin əməkdaşı koronavirusdan öldü

Media

1 İyul 2020, 14:05

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

 

Bu barədə Modern.az-a AzTV-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xiıas etmək mümkün olmayıb.

 

QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verib.

 

"Əlavə edək ki, hazırda daha 5 əməkdaşımız xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir",-deyə AzTV-dən bildirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir