Modern.az

“Çox vüqarlar haqqın qarşısında əyilib” - Akif Aşırlı Vüqar Səfərlidən YAZDI

“Çox vüqarlar haqqın qarşısında əyilib” - Akif Aşırlı Vüqar Səfərlidən YAZDI

Media

5 İyul 2020, 00:19

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə vaxtilə KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin haqsızlığı ilə üzləşdiyini yazıb.

Modern.az-ın məlumatına görə, A.Aşırlı bildirib:

“Axır ki... Ədalət öz yerini tapdı. KİVDF-nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq " üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək.Biz kecmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki-şübhə etmədən inanırıq. Cox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə Tarix və fakt yox, şəxsi mənfəət olub .
KİVDF - nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru -dürüst seciminizə görə, minnətdaram! Kimin nə deməsindən asılı olmayaraq klassik qəzetcilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir