“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacam”.
Bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib. Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:
“Xəstəliyi bir qədər ağır keçirtdim. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq ürəyimdə problem yarandığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələ ki burda müalicə alıram”.
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.