Gürcüstandan 200 vətəndaşımız Azərbaycana təxliyə edilib.
Modern.az xəbər verir ki, təxliuyyə olunanların 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilən vətəndaşların Azərbaycan ərazisinə keçməsi təmin edilib.
Qeyd edək ki, təxliyyə olunan vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onlardan heç birində COVİD-19 virusu aşkarlanmayıb.
Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacaq və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.