IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərinin nəticələri bu gün açıqlanacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
TQDK rəsmisi bildirib ki, "IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələriilə bağlı hazırda emal prosesi aparılır, bu gün imtahanın nəticələri açıqlanacaq”.
Qeyd edək ki, bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edib.
İmtahan qaydalarını pozan 20 abituriyent imtahandan xaric olunub. Həmin abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahanda iştirak etməli olan 15408 abituriyentdən 1000 nəfər imtahana gəlməyib.
Xatırladaq ki, imtahanda istifadə olunan sualların düzgün cavabları artıq TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
//tqdk.gov.az/etalon2012/a4_gr4_tq.htm Azərbaycan bölməsi,
//tqdk.gov.az/etalon2012/r4_gr4_tq.htm rus bölməsi.
Mail Ağaxanov