Dövlət Sərhəd Xidmətinin Akademiyasina qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin Dövlət Sərhəd Xidmətinin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.