Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışında bəzi partiya sədrlərinin antimilli fikirlərinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, o qeyd edib ki, bəzi partiya sədrlərinin adını burda çəkməyi parlamentə layiq görmür:
"Deyirlər ki, Şuşa əhalisi Şuşaya qayıtmaq istəmir və qorxurlar. Onların adını çəkməyi məclisə layiq bilmirəm. Halbuki Şuşa əhalisi ora qayıtmaq üçün can atır. Bu yaxınlarda orada DTX-nin şöbəsi də açıldı. Ayrı-ayrı strukturlar öz şöbələrini açıblar. Ömründə bir dəfə hərbi xidmətdə olmayan, əlində silah tutmayan adamlar belə şeylərdən danışırlar”.