Bu gün London Olimpiadasında qadın güləşçimiz Mariya Stadnik ilk görüş üçün döşək üzərinə çıxıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Pekin olimpiadasının bürünc medalçısı mübarizəyə 1/8 finaldan qoşulub. O, Klarissa Çunla (ABŞ) görüşüb. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub.
1/4 finala çıxan Mariyanın rəqibi Nina Matkovska (Polşa) - Davaasukh Otgontsetseg (Monqolustan) cütünün qalibi olacaq.
***
Mariya Stadnik 1/4 finalda polşalı Nina İvona Matkovskanı məğlubiyyətə uğradıb. Stadnik ilk hissədə 2:0, sonra isə 4:1 hesabı ilə qalib gəlib. Yarımfinalda təmsilçimizin rəqibi ukraynalı İrina Merleni olacaq.
Qeyd edək ki, Azərbaycan qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Digər təmsilçimiz Yuliya Ratkeviç isə mübarizəyə sabah qoşulacaq.