Modern.az

Sahibə Qafarova yeni şöbə müdiri təyin etdi

Sahibə Qafarova yeni şöbə müdiri təyin etdi

Parlament

1 Fevral 2021, 15:20

Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təqaüdə göndərilib

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, İlqar Fərzəliyev yaşı ilə əlaqədar vəzifəsindən azad edilib. O, təqaüdə yola salınmazdan öncə “Milli Məclisin Fəxri diplomu” ilə təltif edilib.

 

S.Qafarovanın digər əmri ilə isə Fərid Famil oğlu Hacıyev həmin şöbəyə müdir təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir