2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İmtahan nəticələri qurmun saytında yerləşdirilib . //tqdk.gov.az/rsinaqnet/
Qeyd edək ki, həkim olmağa namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.
Xatırladaq ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.
Anar RÜSTƏMOV