Azərbaycanın futbol tarixində ilk tarixi qələbə qazanıldı...
Avqustun 30-da futbol üzrə Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib.
Modern.az xəbər verir ki, Avropa miqyaslı turnirlərdəki yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandası ilə qarşılaşıb.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alındığından “Neftçi”ni Nikosiyada çətin oyun gözləyirdi. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da ən azı 2:2 (3:3 və s.) hesablı heç-heçəyə nail olmalı idi.
Azərbaycan komandası bu sınaqdan üzüağ çıxıb. Belə ki, “Neftçi” tarix yazaraq Azərbaycanın futbol klubları arasında ilk dəfə Avropa miqyaslı turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Bu “Neftçi”nin səfərdə yerli APOEL-i 3:1 hesabı ilə məğlub etməsi nəticəsində baş verib. Qeyd edək ki, APOEL-in stadionunda yerli yunan azarkeşlər oyunun gedişi zamanı Türkiyə bayraqlarını yandırıb və Ermənistan bayrağını qaldırıblar. Əvəzində "Neftçi" möhtəşəm qələbəsiylə yunan-erməni azarkeşlərinin cavabını verib.
APOEL (Kipr) - "Neftçi" (AZƏRBAYCAN) - 1:3 (İlk oyun - 1:1)
Qollar: Cavid İmamverdiyev, 22 (0:1), Julius Vobay, 30 (0:2), Selim Benaçour, 44 (1:2), Flavinyo, 59 (1:3)
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Rəşad Sadiqov (k), Flavinyo, Julius Vobay, Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə.
APOEL: Çiotis, Klukovski, Budimir, Aleksandrou, Benaçour, Manduka, Pinto, Morais, Borda, Serjio, Aloneytis