Modern.az

Medianın İnkişafı Agentliyinə mətbuat katibi TƏYİN EDİLDİ

Medianın İnkişafı Agentliyinə mətbuat katibi TƏYİN EDİLDİ

Media

16 Aprel 2021, 14:18

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.

 

Modern.az report-a istinadən xəbər verir ki, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.

 

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir