Modern.az

Tovuz və Qazaxla sərhəddə Rusiya hərbçiləri yerləşdirilir

 Tovuz və Qazaxla sərhəddə Rusiya hərbçiləri yerləşdirilir

Ölkə

7 Avqust 2021, 10:45

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanın Qazax və Tovuz rayonları ilə həmsərhəd Tavuş vilayətində yerləşdirilir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların bir hissəsi Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə gətirilib.


Hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, deputat Artur Ovannisyan sərhədçilərin digər ərazilərdə də yerləşdiriləcəyini söyləyib.

 

"Sərhədçilər təhlükəsizlik məqsədilə bu ərazilərdə yerləşdirilib. Yaxın zamanlarda rusiyalı sərhədçilər Tavuş vilayətinin digər yerlərində də yerləşdiriləcək", - deyə Ovannisyan qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir