Modern.az

Naxçıvanda ən yüksək balı o topladı: “Hədəfimə nail oldum”

Naxçıvanda ən yüksək balı o topladı: “Hədəfimə nail oldum”

Təhsil

19 Avqust 2021, 11:19

Bu il Naxçıvan şagirdləri imtahanlarda yüksək nəticələr göstərib.

 

Modern.az-ın məlumatına görə, buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında muxtar respublika məktəblilərindən 11 nəfəri  650-700 intervalında bal toplayıb.

 

Ən yüksək nəticəni Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi İlhamə Novruzova göstərib. O, hər iki imtahanda birinci qrup üzrə 682 bal toplayaraq muxtar respublika məktəbliləri arasında fərqlənib.

 

İlhamə qazandığı uğura görə, müəllimlərinə və valideynlərinə təşəkkür edib.

 

"Hədəfim 600 balı keçmək idi. Buna nail olmuşam. Ya Bakı Ali Neft Məktəbində, ya da ADA Universitetində təhsil almağı düşünürəm. Gələcəyin savadlı kadrı olmaq üçün əlimdən gələni edəcəyəm", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir