Modern.az

Nazir tədrisin gec başlamasının səbəbini AÇIQLADI

Nazir tədrisin gec başlamasının səbəbini AÇIQLADI

Təhsil

7 Sentyabr 2021, 14:34

“Azərbaycanda tədrisin 1-2 həftə gec başlaması hazırda ölkədə koronavirusa yoluxma sayının çox olması ilə bağlıdır”. 

 

Modern.az-ın məlumatına görə, bunu təhsil nazir Emin Əmrullayev bildirib. 

 

Onun sözlərinə görə, ötən həftədən başlayaraq yoluxma sayında azalma hiss olunsa da, rəqəmlər hələ üç min civarındadır: 

 

“Gündəlik yoluxanların 2 faizə qədəri təhsil işçiləri, 8 faizə qədər şagirdlərdir. Belə ki, 10 faizlik gündəlik yoluxma 300 nəfər edir ki, bu da həmin məktəbin distant təhsilə keçməsinə səbəb olur. Biz isə tədris başlayan kimi məktəbi distant təhsilə keçirmək istəmirik. Güman edirik ki, növbəti həftələrdə ölkəmizdə koronavirusa yoluxma azalacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək