Modern.az

Azay Quliyev Avropa Parlamentində görüşlərə başlayır

Azay Quliyev Avropa Parlamentində görüşlərə başlayır

Aktual

5 Noyabr 2012, 11:52

Azərbaycan millət vəkili və Avronest Parlament Assambleyası komitə sədrinin müavini Azay Quliyev noyabrın 5-dən 8-nə qədər Brüsseldə səfərdə olacaq.

Belçika Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə A.Quliyev səfər çərçivəsində Avropa Parlamentində bir sıra siyasi qruplarının aparıcı üzvləri və  parlamentin deputatları ilə görüşlər keçirəcək və ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı müzakirələr aparacaq.

A.Quliyevin Belçika Azərbaycanlıları Cəmiyyətində də təşkilatın üzvləri ilə görüşü nəzərdə tutulub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok