Rusiya prezidenti Vladimir Putin sabah Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə onlayn konfrans keçirəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Xarici Kəşfiyyat Xidmərinin rəisi, general-polkovnik Orxan Sultanovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edə bilər. Onlayn konfransa Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Moldovadan nümayəndə heyətləri qatılacaq.
Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də Azərbaycan nümayəndə heyəti ilə görüşməsi istisna olunmur.