“Təhsil tələbə krediti nizamnamə kapitalı 80 milyondur”.
Modern.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev bu gün keçirilən təhsil tələbə krediti sisteminin istifadəyə verilməsinə dair brifinqdə deyib.
Onun sözlərinə görə, əgər tələbə ikinci dəfə bakalavr səviyyəsinə daxil olursa, təhsil tələbə kreditindən istifadə edə bilməyəcək:
“Bizə ayrılan vəsait müraciət edən tələbələrin təhsil haqqını ödəyə biləcək. Kreditin məbləğinə məhdudiyyət qoymamışıq”.