Modern.az

Çin Afrikada baza qurmaq istəyir

Çin Afrikada baza qurmaq istəyir

Dünya

7 Dekabr 2021, 19:25

ABŞ kəşfiyyatı Çinin Afrikanın Atlantik okeanı sahillərində yerləşən hissəsində hərbi dəniz bazası qurmağa planlaşdırdığını ehtimal edir.

 

Modern.az xəbər verrir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən yazıb.

 

Məlumata görə, yeni bazanın köməyi ilə Çin gəmiləri Ekvatorial Qvineyada ehtiyatları artıra biləcək.

 

Bazanın qurulması Amerika hərbçilərinin narahatlığına səbəb olur.

 

ABŞ kəşfiyyatı hesab edir ki, Çin məxsus baza Bata şəhərində yerləşdirə bilər, burada Çin tərəfindən tikilmiş ticarət limanı var.

 

Qeyd edək ki, hazırda Çinin yalnız Cibutidə hərbi bazası var.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok