Modern.az

Metroda 20 yaşlı gənc özünü yandırmaq istədi

Metroda 20 yaşlı gənc özünü yandırmaq istədi

Aktual

8 Dekabr 2021, 09:50

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

 

Modern.az-ın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metrostansiyasında qatar hərəkət edərkən baş verib.

 

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir