Modern.az

İşıq və qaz bahalaşdı - tənqid etmək, qəzəblənmək asandır…

16 Oktyabr 2021, 21:38

Elçin Alıoğlu

Əməkhaqları, pensiya, sosial müavinət, təqaüdlər və digər sosial ödənişlər artırılacaq.


Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb, Nazirlər Kabinetinə göstəriş verib.


Səbəb?


İlk baxışdan işıq və qazın tariflərinin artımı ilə bağlıdır?


Deyil.


Bəli, bilirəm və aydındır ki, dünyanın heç bir yerində, heç bir toplumda bahalaşma sevinclə qəbul olunmur, oluna da bilməz.


Tariflərin artırılmasının da səbəbləri var və bu barədə yazılıb.


Sadə misalla analogiya aparaq. Düşünün ki, ev tikirik. Bu zaman mümkün qədəri qənaətlə dolanırıq, xərcləri azaldırıq, bəzən ən zəruri ehtiyaclarımızı belə, ixtisara salırıq.


Təki evi tikib qurtaraq.


Yainki mənzildə təmiri başa vuraq.


İşğaldan azad edilmiş ərazilərimizi şərəfsiz, murdar aşotlar viranə qoyublar. Orada təmir yox, yenidən inşa aparılır.


Üstəlik, 44 günlük Vətən Müharibəsindən sonra dövlət sərhədlərimizin uzunluğu 900 km artıb.


Düşmənlə üzbəüz məkanlarda postlar, mövqelər, kazarmalar tikilir. Yollar salınır, tunellər qazılır, hava limanları inşa olunur, infrastruktur qurulur.


Üstəlik, zinadan doğulmuş aşotlara əsla inam olmadığı üçün ordumuzu, müdafiə potensialımızı daim, fasiləsiz gücləndirməliyik.


44 günlük Savaşda sərf olunmuş silah, sursat və hərbi texnikanın əvəzi alınmaqla yanaşı, yeni, ən müasir texnikalar əldə olunur.


Xərc istiqamətləri çoxdur, lap çox.


Bunu qarşılamaq üçün iki yol var: ya kəmərlərimizi çəkib gəlirlərimizi artırmalı, ya beynəlxalq təşkilatlardan borc almalı və o borcları övladlarımız, nəvələrimiz ödəməlidir.


Borc bataqlığına girməmək üçün dövlət israfla, dotasiya ilə işləyən sahələri nizamlayır.


Çətin, amma labüd və qaçılmaz prosesdir.


Və bütün bunlarla yanahı maaşlar, pensiyalar, müavinətlər artırılır.


Savaşdan cəmi bir il keçib.


Xərclər durmadan artır, amma postsovet məkanındakı bütün dövlətlərdən fərqli olaraq, ən ağır problemini həll edən Azərbaycan "dövlət vətəndaş üçündür" anlamı ilə davranır.


Anlayıram, tənqid etmək, qəzəblənmək asandır.


Qınamıram kimsəni.


Lakin...


Səngərdəki əsgərimizi düşünək - xərclər onun üçündür.


Viran edilmiş elinə, yurduna qayıtmaq arzusu ilə gün sayan köçkünü düşünək - onun üçün çalışırıq.


Həkimi, müəllimi, təqaüdçünü, tələbəni, qazimizi gözlər önünə gətirək - maaşlar, təqaüdlər və müavinətlər artır.


Dövlət bizik, biz də dövlət.


Birik, bir olmalıyıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik