Modern.az

Ağdamın hər yerindən Şəhid baxırdı...

14 Mart 2021, 15:14

Elşad Eyvazlı

İşğaldan azad edilmiş Yurd yerlərimizin hər qarışında Şəhid qanı, Şəhid ruhu var. Şəhid qanı axan, Şəhid ruhu dolaşan Yurdun göyü də, yeri də bir ziyarətgahdır, hər qarışı, hər daşı, hər qayası, hər ağacı, hər kolu müqəddəsdir...

Dünən Ağdamda idik. Bütün günü mənə elə gəldi ki, hər tərəfdən Şəhid baxır...


1990-lardakı Şəhidlərimiz, indiki Şəhidlərimiz. Biri baba, biri nəvə olsa da, hamısı eyni yaşda, eyni görkəmdə, eyni cüssədə...

... Aqil Abbas da danışdıqca Şəhidləri görürdüm. Aqil Abbasın nəyi danışması maraqlı deyildi, necə danışması isə çox dəhşətli idi. Adam gah Qarabağ xanının, gah Şəhidlərin, gah da bizim yanımızda hiss edirdi özünü... Gah əsəbləşirdi, gah ağlayırdı, gah sevinirdi, gah söyürdü, gah gülürdü... Dağıdılmış Ağdamın 30 il əvvəlini, bəxtəvər günlərini anlatırdı. Bəlkə də demək istəyirdi ki, buralar belə deyildi...

Adına Ruhlar şəhəri də desək, indi Ağdam yerlə yeksan edilmiş bir diyardı.

Amma inşallah bundan sonra göylərlə bir ucalıqda olacaq AĞDAMIMIZ!


Bizə bu anları yaşadanlar qarşısında, Şəhidlər qarşısında baş əyirik...

AZƏRBAYCANIN ƏBƏDİLİYİ ÜÇÜN VERİLƏN MÜCADİLƏLƏR, ALINAN QƏLƏBƏLƏR DAVAMLI OLSUN!

Torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan, var ol, Azərbaycan əsgəri, YAŞA!

P.S. Yeri gəlmişkən, dünənki Ağdam səfərindən özümün yalnız bir şəklimi paylaşdım. O da bir ildən çoxdu üzünü görmədiyim “Medianın rembosu”, dostum Tahirlə olan şəkli, özü də dostumun xahişi ilə. Mənə görə ancaq Ağdamı paylaşmaq lazm idi. Amma hər kəsin fərqli görüşü var.

Hə, bir də hamımız Ağdama gedə biləcəyik. Darıxmayın...

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir