Modern.az

Almaniya Azərbaycanlıları Alyansının yeni sədri seçildi

Almaniya Azərbaycanlıları Alyansının yeni sədri seçildi

Diaspor

9 Fevral 2022, 10:14

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev seçilib.

 

N.Abdullayev daha əvvəl Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə sədr müavini olub.

 

Qeyd edək ki, N.Abdullayev uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasının şöbə müdiri və həkimidir. Aktiv diaspor fəaliyyəti ilə məşğul gənc alim həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.

 

N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir. Bundan əlavə, o, Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir