Modern.az

Müasir dövrün “vizit kartı” - Statusunu göstər, deyim kimsən...

Müasir dövrün “vizit kartı” - Statusunu göstər, deyim kimsən...

Ölkə

12 Fevral 2022, 13:28

Sosial şəbəkə paylaşımları çox vaxt tanımadığımız insanlar haqqında müəyyən fikirlər yaradır. Bəzən tam əksinin şahidi oluruq. Fikirlər, paylaşılan foto çox vaxt şəxsin kimliyini tam dəqiqliyi ilə ifadə etmir. Əksər hallarda isə sosial şəbəkə paylaşımları istifadəçinin “vizit kartı”na çevirilir.

Psixoanalitik Elmir Əkbər Modern.az-a açıqlamasında bildirib ki, bu gün sosial şəbəkə profilləri insanların təqdimatında özünəməxsus yer tutur.
 

Onun sözlərinə görə, cəmiyyətə göstərdiyi simasının formalaşmasında bugünkü sosial şəbəkələrin rolu böyükdür:

 


“Amma nəzərdən qaçırmayaq ki, hətta sosial şəbəkə olmayanda belə, insanlar özləri haqqında təəssürat yaradan, göstərmək istədikləri cəhətləri ilə bağlı müəyyən fikir formalaşdırırlar. Hər bir halda, sosial şəbəkə olmasa belə, insanın qəlbinin dərinliyində nələrin olmasını bilmək mümkün olmur”.


E.Əkbər qeyd edib ki, sosial şəbəkədə insanın cəmiyyətə təqdim etmək istədiyi tərəflərdən nəsə öyrənə bilərik:


“Amma onun kölgəsində nə gizlənib, bunu bilə bilmərik. Bəzən görürük ki, doğrudan da kimsə sosial şəbəkədə həmişə özünün xoşbəxt rəsmlərini paylaşır. Sonra məlum olur ki, bu insan böyük dərd-bəlanın içindədir. Bəzən isə tam əksinin şahidi oluruq. Yəni, sosial şəbəkədə insan öz olduğunun tam əksini də göstərə bilər. Bu kimi hallara adi həyatda da rast gələ bilərik”.

 



Psixoanalitik bildirib ki, bunu aydınlaşdırmaq üçün müəyyən üsul, psixoloji yanaşma tərzləri var:


“Ümumilikdə isə sosial şəbəkə profili insanın cəmiyyətə göstərmək, özü haqqında ötürmək istədiyi mesaj portretidir. Bunun həqiqə təuyğun ola bilən tərəfləri də var, həqiqətə tamamilə yad, zidd olan yanları da var”.


Onun sözlərinə görə, bəzən sosial şəbəkələrdəki paylaşımlar aldadıcı da olur:


“Bəzən insan ictimai fikri yanıltmaq üçün özü haqqında tamam başqa cür portret cıza bilər. Amma bu gün hər bir halda sosial şəbəkə profilləri insan haqqında nəsə deməyə əsas verir. Əgər, kimsə şit və bayağı paylaşım edirsə, mümkün deyil ki, o həyatda ciddi adam olsun. Sosial şəbəkə paylaşımlarından irəli gələrək bəzi fikirləri dəqiq söyləmək olur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir