Modern.az

Deputat: “Prezidentin sərəncamı Əkrəmə və onun arxasındakılara tutarlı cavab oldu”

Deputat: “Prezidentin sərəncamı Əkrəmə və onun arxasındakılara tutarlı cavab oldu”

Aktual

7 Fevral 2013, 18:46

“Xalqımızın kürəyinə arxadan sancılmış ox olan Əkrəm Əylislinin - ona Əkrəm Əyriəsilli deyilsə daha yaxşı olardı - “Daş yuxular”ına cənab prezident İlham Əliyevin vaxtında bildirdiyi münasibət çoxmilyonlu Azərbaycanın ürəyinə məlhəm oldu”.

Bunu yazıçı Əkrəm Əylislinin “Xalq yazıçısı” adından və prezidentin fərdi təqaüdündən məhrum edilməsinə münasibət bildirən deputat İlham Məmmədov Modern.az-a açıqlamasında deyib. Milli Məclisin üzvü bildirib ki, ölkə başçısının sərəncamları yalnız Əkrəm Əylisliyə deyil, onun arxasında gizlənmiş “ağalarına” sərt bir təpkidir.

“Cənab prezident İlham Əliyev bu addımı ilə bir daha sübut etdi ki, millətimizi heç bir qüvvə əzə bilməz və heç bir vaxt bunu görməyəcəklər. Gördüyü qorxulu yuxular o dünyada da Əkrəm Əylislinin yaxasından əl çəkməyəcək. Əslində bugünkü sərəncamlar məntiqə söykənmiş bir sənədlərdir. Ulu öndərimiz Heydər Əliyevin dahi bir sözünü hər bir azərbaycanlı eşidəndə ürəyində, qəlbində qürur hissə yaranır və gözləri yaşarır. Ulu öndərimiz demişdi: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. İndi Əkrəm Əyriəsilli bilsin ki, insanlarmızın, millətimizin qürurumuz olan mənliyinə kimsə toxunarsa, öz layiqli cəzasını alacaq. Möhtərəm prezidentimizin, çoxmilyonlu xalqımızından gələn bu təklifi dərhal icra etməsini ürəkdən alqışlayıram və hesab edirəm ki, bu, vaxtında, düzgün atılmış və xalqın səsinə verilmiş böyük bir səsdir. Bu sərəncam ölkəmizin milli-mənəvi dəyərlərinə tuşlanmış, onun milli tarixi köklərini əzməyə istiqamətlənmişlərin hər birinə tutarlı bir cavabdır”.


Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi