Modern.az

Ay erməni, məndən nə istəyirsən?..

Ay erməni, məndən nə istəyirsən?..

Aktual

Bu gün, 14:13

Seymur Verdizadə

Səhərin gözü açılmamış Facebook "müjdəni" verdi: “Samvel Hakobyan səni təqib edir”.

Dünən də eyni məzmunda mesaj almışdım. Sadəcə, Samvelin yerində Vazgenin adı yazılmışdı. Vazgen Mkırtıçyan Samveldən qabağa düşüb. O, dünəndən məni izləyir. Srağagün isə Anna Paqosyanın səhifəmdə burnunun suyunu axıtdığını öyrənmişdim. Mənim ermənilərə nifrətim artdıqca onların "məhəbbəti" çoxalır...

Son üç ayda üç dəfə doğma Cəbrayıla səfər etmişəm. Vətən müharibəsi beş il əvvəl başa çatsa da, mənfur düşmənin Cəbrayılda, Qarabağda törətdiyi vəhşiliklərin izləri hələ tam silinməyib. Hər kənddə, hər küçədə erməni vandalizminin bariz nümunəsi olan kədərli mənzərə ilə qarşılaşmaq mümkündür. Mən mütəmadi olaraq bunları çəkib göstərməklə ermənilərin iç üzünü bir daha açır, onları ifşa edirəm. Soltanlı qəbiristanlığından hazırladığım reportaja on minlərlə insan baxdı, yüzlərlə adam onu özünün sosial şəbəkə hesabında paylaşdı. Həmin görüntüləri izləyənlər arasında sosial şəbəkələrdə bəndənizi təqib edən annalar, samvellər, vazgenlər də var.

Anna, səndən soruşuram: ermənilərin azərbaycanlıların qəbirlərini dağıdıb sümüklərini özləri ilə apardıqlarını öyrənəndə hansı hissləri keçirdin? Ata-babalarının goreşən olduğunu biləndə ölüb yerə girdinmi? Təkcə böyüklərin deyil, hətta uşaqların qəbrini də şumlayan soydaşlarına görə xəcalət hissi keçirdinmi?

Vazgen, niyə məni qarabaqara izləyirsən? Mənim paylaşımlarım sənə çox lazımdır? Guya sən ata-babanın yediyi qaba tüpürən nankor erməni olduğunu bilmirdin?

Bir az yaxın otur, hələ çox şeylər öyrənəcəksən...

Samvel, Müzəffər Azərbaycan Ordusu 27 il işğal altında olan şəhər və qəsəbələrimizi, xarabaya çevirdiyiniz kəndlərimizi azad edəndə bayrağımızı asmağa bir dirək tapmadıq.

Evləri yandırıb qəbiristanlıqları şumlamışdınız - bunu bütün dünya gördü. Bəs ağacları niyə kəsmisiniz? Ulu çinarın, qoca palıdın hansı budağı gözünüzə girirdi?

Ürəyin nə qədər istəyir, səhifəmdə eşələn. Gözümün qabağında olmağın yaxşıdır. Dünyanın mədəni xəzinəsinə heç bir töhfə verməyən, hətta burnunun fırtığını silməyən qotur erməni olduğunu sənə hər gün sübut edəcəyəm...

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi