Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub. Bu barədə APA-ya vəkil Eldar Qədimi məlumat verib. O, qeyd edib ki, 1 saylı hüquq məsləhətxanasında vəkil işləyən Raqif Məmmədovla müqavilə bağlanılıb: “Müdafiə üçün köməyə ehtiyac olduğu üçün Raqif Məmmədovla da müqavilə bağlanılıb”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Modern.az