Modern.az

Solaxay

Aktual

18 İyul 2022, 00:50

İbrahim Nəbioğlu

İmperator Aleksandr Pavloviçə İngiltərə səfərində mexaniki birə göstərirlər. Birə hoppanır və rəqs edə bilir. Rus imperatoru çox pul ödəyib birəni alır. Rusiyaya dönüşdə I Aleksandr ölür. Taxta onun qardaşı I Nikolay çıxır. Birə ona qalır. İmperatoru inandırırlar ki, rus ustalar daha yaxşısını düzəldə bilər.


Tula ustalarına xəbər göndərilir ki, nəyə qadir olduqlarını göstərsinlər ingilislərə. Levşa (Solaxay) adlı bir usta ingilislərin mexaniki birəsinə nal vurur. Birə hoppanma qabiliyyətini itirir. Buna baxmayaraq I Nikolay mikroskopla görünən nallara heyran qalır. Levşanı nallanmış birə ilə İngiltərəyə göndərir ki, qoy ingilislər rus ustaların onlardan daha məharətli olduqlarını görsünlər.


Nalları ingilis ustalar də bəyənir. Levşaya İngiltərədə qalıb çalışmaq təklif edirlər. Levşa məmləkəti üçün darıxdığını deyib ölkəsinə qayıtmaq istəyir. Levşa qayıdanbaş gəminin kapitanı ilə kim daha çox araq içər deyə bəhsə girir. O qədər içirlər ki, ikisi də komaya girir. Rusiyaya çatanda kapitanı ingilis səfirliyində müalicəyə başlayırlar. Levşanı sənədləri olmadığı üçün kimsəsizlər üçün xəstəxanaya yerləşdirirlər.


Ölüm yatağında Levşa İmperatora ismarıc göndərir:


“Rus əsgərləri tüfənglərinin lüləyini kərpiclə təmizləməsinlər, ingilis ordusu bu səbəbdən güclüdür”.


Onun sözlərini I Nikolaya çatdırmırlar.


Levşa ölür.


Bir müddət sonra Rusiya Krım müharibəsini uduzur. Tüfəngin lüləyini kərpiclə təmizlədiyi üçün…


***

Bəli, görkəmli rus yazıçısı Nikolay Leskovun (1831-1895) məşhur “Levşa” povestinin qısa məzmunu belədir. Bu sabahkı idmanda “Hoppanan, amma nal vurulandan sonra o qabiliyyətini itirmiş birə” düşdü yadıma…


Putin Dmitri Roqozini “Roskosmos”dan uzaqlaşdırdı…


“Himers”lər gəldi gözümün önünə. Gəldikləri bir həftə ərzində müharibədə Ukrayna ordusuna necə böyük üstünlük gətirdiyini görürük…


Birəyə nal vuran Levşanı tanıtdırın uşaqlarınıza.


Yoxsa yalandan Tolstoyevski deməklə olmur bu işlər…

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək