Modern.az

ANS-in müxbiri xəstaxanadan evə buraxılıb

ANS-in müxbiri xəstaxanadan evə buraxılıb

Aktual

8 Aprel 2013, 11:33

“Aytəkin xanım əməliyyat olunmayacaq”. Bunu Modern.az-a açıqlamasında ANS-in şimal bölgəsi üzrə müxbiri Aytəkin Alxaslının qohumu Kəbirə Alxasova deyib.

K. Alxasova bildirib ki, jurnalistin vəziyyəti lap yaxşı olmasa da, əvvəlki ilə müqayisədə bir qədər yaxşılaşıb. “Artıq xəstəxanadan çıxıb və ev şəraitində müalicəsi davam etdirilir. Həkimlər nə zaman sağalacağı ilə bağlı bir söz deməyiblər. Hər şey qalıb Aytəkin xanımın özünü toparlamasına”, – deyə A. Alxaslının yaxı qohumu vurğulayıb.   Xatırladaq ki, ANS-in bölgə müxbiri Aytəkin Alxaslı aprelin 4-də ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. A.Alxaslı yüksək təzyiqdən əziyyət çəkir.

 

Anar Kəlbiyev

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir