Modern.az

Laçın yolundakı aksiya ekoterrora son qoyacaqmı? - SORĞU

Laçın yolundakı aksiya ekoterrora son qoyacaqmı? - SORĞU

Ölkə

29 Dekabr 2022, 11:54

Azərbaycanda keçirilən sorğuda iştirak edən respondentlərin 78.6 %-i Xankəndi-Laçın yolundakı aksiyaların Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacağına inanır.

 

Modern.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin Xankəndi-Laçın yolundakı aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?” adlı sorğusunun nəticələrində öz əksini tapıb.

 

Belə ki, sorğuda iştirak edənlərin 14.2%-i “xeyr” cavabını qeyd edib, respondentlərin 7.2%-i isə bu barədə fikir bildirməkdə çətinlik çəkib.

 

Qeyd edək ki, rəy sorğusu 24 dekabr - 27 dekabr 2022-ci il tarixlərində icra olunub.  Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok